PDF Oxu

Siyasət

  • 6

Almaniyada və Ukraynada “İlhamla İrəli” adlı idman tədbirləri keçiriləcəkdir

Almaniyada və Ukraynada “İlhamla İrəli” adlı idman tədbirləri keçiriləcəkdir

Almaniyanın Maqdeburq səhərində fəaliyyət göstərən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsi fəaliyyətə başladığı gündən Ulu Öndərimizin doğum günü, idmanın inkişafı, diaspora quruculuğu, eləcə də digər əlamətdar hadisələrlə əlaqədar silsilə tədbirlər keçirən komitə, bu müddət ərzində bir sıra nailiyyətlər əldə etmiş, doğma vətənimizin üçrəngli bayrağını hər zaman uca tutmuş, dövlət himnimizi səsləndirmişdir.

Komitənin və Zaxsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə sentyabrın 7-də Almaniyanın Eisleben səhərində daha bir tədbir - boks yarışları təşkil olunacaqdır. Məqsəd oktyabrın 9-da keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi dəstəkləmək və onun yanında olduğunu nümayiş etdirməkdir.

Boks çempionatında ağır çəkili idmançılar mübarizə aparacaqlar. Rusiya, Polşa, Belçika və daha 6 ölkənin idmançısının yarışacağı turnirdə Azərbaycanı Elçin Əhmədov təmsil edəcəkdir.

Komitənin və cəmiyyətin təşkilatçılığı ilə daha iki idman yarışması təşkil olunacaqdır. "İlhamla İrəli" adı altında keçiriləcək yarışmanın birincisi sentyabrın 21-də Ukraynanın Xarkov, ikincisi isə oktyabrın 4-də Almaniyanın Maqdeburq səhərlərində keçiriləcəkdir.

yap.org.az

Digər xəbərlər