PDF Oxu

Siyasət

  • 9

YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüşmüşdür

YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüşmüşdür

Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov avqustun 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın siyasi təhlilçisi Vadim Zdanoviç ilə partiyanın mənzil - qərargahında görüşmüşdür.

Beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda fəaliyyətə başlamasının məmnunluq doğurduğunu qeyd edən YAP-ın Sədr müavini Əli Əhmədov seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini söyləmişdir.

Tana de Zulueta səmimi qəbula görə təşəkkürünü bildirmiş və Azərbaycan hökumətinin seçki prosesinin ilk gündən müşahidəsinin aparılması istiqamətində atdığı addımın təqdirəlayiq olduğunu qeyd etmişdir.

Görüşdə seçkilərə hazırlıq və seçki kampaniyasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparilmişdir.

YAP İcra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak etmişdir.

yap.org.az

Digər xəbərlər