PDF Oxu

Siyasət

  • 10

YAP-ın sədr müavini: "Müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət veririk"

YAP-ın sədr müavini: "Müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət veririk"

Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın siyasi təhlilçisi Vadim Zdanoviç ilə partiyanın mənzil - qərargahında görüşüb. SİA-nın məlumatına görə, beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda fəaliyyətə başlamasının məmnunluq doğurduğunu qeyd edən YAP-ın Sədr müavini Əli Əhmədov seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini söyləyib.Tana de Zulueta səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan hökumətinin seçki prosesinin ilk gündən müşahidəsinin aparılması istiqamətində atdığı addımın təqdirəlayiq olduğunu qeyd edib.Görüşdə seçkilərə hazırlıq və seçki kampaniyasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.

sia.az

Digər xəbərlər