"Ermənistan müstəqil daxili və xarici siyasət yürütməyən bir dövlətdir". Bu sözləri SİA-ya tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı ötən gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşün yekunlarına dair məsələyə münasibət bildirərkən deyib.O bildirib ki, Ermənistan rəhbərliyi hər şeyi Rusiyanın diktəsi ilə edir."Dağlıq Qarabağ münaqişəsi Ermənistanın təcavüzü və davakar separatizmi nəticəsində yaranıb. Azərbaycan əraziləri rus əsgərlərinin iştirakı ilə işğal edilib və düşmən ölkəyə verilib. Belə olan halda, ötən gün keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması ikrah hissi doğurur".M. Qasımlı vurğulayıb ki, əgər Rusiya həqiqətən də münaqişənin həllində maraqlıdırsa, o zaman Ermənistana təzyiq etməli, işğal olunmuş ərazilərin boşaldılmasına çalışmalı və təcavüzə məruz qalan Azərbaycanın yanında olmalıdır.
sia.az