PDF Oxu

Siyasət

  • 13

Nazir müavini: “Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahibdir”

Nazir müavini: “Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahibdir”

"Dünya iqtisadiyyatı ağır iqtisadi tənəzzülə məruz qaldığı halda, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində iqtisadi artım əldə olunub, iqtisadiyyatın rəqabətliliyi qorunub saxlanıb. ÜDM-in real artımı 2,2 faiz təşkil edərək, cari qiymətlərlə 54 milyard manat olub". SİA-nın xəbərinə görə, bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda keçirilən iclasında iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deyib.Nazir müavini qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları ÜDM-in 70 faizini təşkil edir və bu da dünya miqyasında çox yüksək göstəricidir: "Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla, regionun lider dövlətidir. Uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 6 faizə enmiş, əmək haqqı və pensiyalar dəfələrlə artıb".S.Həsənova vurğulayıb ki, son illər Azərbaycanın qazandığı uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: "Dünya İqtisadi Forumunun dünən açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycan öz mövqeyini xeyli dərəcədə yaxşılaşdıraraq 148 ölkə arasında 39-cu pillədə qərarlaşıb".S.Həsənova İƏT ölkələrinin iqtisadi beyin mərkəzlərinin əməkdaşlığının genişləndirilməsi, bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması, müxtəlif tədbirlərin təşkili və əldə olunan müsbət nəticələrdən istifadənin vacibliyini vurğulayıb.

sia.az

Digər xəbərlər