PDF Oxu

Siyasət

  • 6

İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlayıb

İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlayıb

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda I Bakı Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransda İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov, İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova, "Eco Mod Network şirkətinin prezidenti Ali Bayar, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibəyli, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoruVilayət Vəliyev, İƏT üzv ölkələrin İqtisadi Beyin Mərkəzinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən elm adamları iştirak edib.Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan İƏT-ə üzv olduğu dövrdən başlayaraq təşkilatın işində yaxından iştirak edib. Azərbaycan İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə 10 müxtəlif saziş imzalayıb. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov isə çıxışında təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədi ilə yeni istiqamətlərin aktuallığını qeyd edib.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibəyli, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev "Eco Mod Network şirkətinin prezidenti Əli Bayar isə çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən danışıblar.Konfrans kənd təsərrüfatı, regional inteqrasiya, ticarət məsələləri mövzusunda sessiyalarla davam edib. Tədbir çərçivəsində İƏT-ə üzv ölkələrin, həmçinin digər ölkələrin ekspertlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

sia.az

Digər xəbərlər