PDF Oxu

Siyasət

  • 12

Bakıda “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədi ilə beynəlxalq toplantı işə başlamışdır

Bakıda “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədi ilə beynəlxalq toplantı işə başlamışdır

Sentyabrın 5-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə beynəlxalq toplantı işə başlamışdır.

AzərTAc xəbər verir ki, Latviya, Finlandiya, Hollandiya, Şri-Lanka və digər ölkələrin keçmiş dövlət və hökumət başçılarının, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin iştirakı ilə keçirilən Yüksək Səviyyədə Görüşün məqsədi "Birgə Cəmiyyətlər-2014" Forumuna hazırlıqdır.

İki gün davam edəcək tədbirdə Cənubi Qafqazda münaqişələrin həlli, qadınların cəmiyyətdə fəallığının artırılması, mədəniyyətlərarası və dinlərarası dialoq, 2015-ci ildən sonrakı Minillik İnkişaf Proqramı kimi mövzular müzakirə ediləcəkdir.

Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu idarə heyətlərinin toplantısının keçirilməsi planlaşdırılır.

Toplantının sonunda BMT-nin baş katibi Pan Gi Muna və qurumun Baş Məclisinə müraciət qəbul olunması nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər