Sentyabrın 5-də Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının GİDS şirkətinin rəhbərliyi ilə görüş keçirilib. MSN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.Görüşdə Pakistanla Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
sia.az