PDF Oxu

Siyasət

  • 16

Moskvada “Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” kitabı çapdan çıxmışdır

Moskvada “Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” kitabı çapdan çıxmışdır

Sentyabr ayında Rusiya Federasiyasının paytaxtında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin "Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər" kitabı çapdan çıxmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən bildirmişlər ki, kitab müəllif tərəfdən bir ildən çox Azərbaycanda və Rusiyada aparılan tədqiqatların nəticəsidir.

Beş fəsildən ibarət nəşrdə əsası ulu öndər Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən prezidentliyi dövründə qoyulmuş dövlətçilik bünövrəsi üzərində Azərbaycanın müstəqil daxili və xarici siyasətinin inkişafı, regionda yeri və rolu, xarici tərəfdaşlarla, xüsusən Avropa ilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatları təhlil edilmişdir.

Kitabın birinci və ikinci fəsillərində "Əsrin müqaviləsi və Xəzərin sektorlara bölünməsi", "Yeni nəqliyyat infrastrukturunun yaradılması, enerji strategiyasında qaz-neft faktoru", "Dövlət neft şirkəti - şəffaflıq şərtlərində yatırımlar", üçüncü fəslində "İqtisadi fəaliyyətin liberallaşdırılması, kiçik və orta sahibkarlığa dəstək", "İnformasiya və kommunikasiya texnologiyaları", "Gələcəyə baxış - Azərbaycan-2020", dördüncü fəslində "Qloballaşma dövründə Azərbaycanın xarici siyasətinin oriyentasiyası", "Həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi", "Dünya birliyində özünümüəyyənetmə", "Rusiya, Amerika Birləşmiş Ştatları, NATO və Avropa İttifaqı Cənubi Qafqaz siyasətinin mərkəzində", "İslam dünyası ilə əlaqə - praqmatizm və balans", beşinci fəslində isə "Yeni siyasi məkan və müasirləşdirilmə", "Yaradıcı gənclər - Azərbaycanın inkişafının generatorudur" mövzuları əksini tapmışdır.

Rus dilində nəşr olunmuş kitab Azərbaycanda və Rusiya Federasiyasında satış üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi kitabın nəşr olunmasına akademik dəstək göstərmişdir.

yap.org.az

Digər xəbərlər