Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının nailiyyətlərindən bəhrələnən ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi istiqamətində bir sıra uğurlara imza atmışdır. Son illər ərzində əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində görülən işlər qaz təsərrüfatının dinamik inkişafından danışmağa əsas verir.2004-2013-cü illərdə "Azəriqaz" İstehsalat Birliyinin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci və 2009-2013–cü illər) Dövlət Proqramları"nın və "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın icrası, ölkə ərazisində mövcud olan istehlakçılara fasiləsiz, qəzasız və davamlı şəkildə təbii qazın verilməsi, qaz sayğaclarının quraşdırılması və qazla təmin olunmayan bölgələrin qazlaşdırılması işlərindən ibarət olmuşdur. Qeyd olunan tapşırıqların icrası üçün "Azəriqaz" İB tərəfindən bir sıra mühüm işlər görülmüşdür.Belə ki, iqtisadiyyatın və əhalinin təbii qazla təmin edilməsi işlərinin icrası əsasən ölkənin mövcud olan qaznəqletmə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi, zəruri hallarda onun ayrı-ayrı hissələrinin yenidənqurulması, qaz təminatı imkanlarının yaxşılaşdırılması və sistemin istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji, texniki tədbirlərin, hasil edilən və təhvil verilən təbii qazın artan həcminə uyğun magistral və şəbəkə qaz kəmərlərinin tikintisi, onların üzərində zəruri avadanlıqların quraşdırılması, qazla təmin edilməyən əhali və obyektlərin qazlaşdırılması işlərinin həyata keçirilməsindən ibarət olmuşdur.Dövlət tapşırığına əsasən 14 il blokada şəraitində yaşayan Naxçıvan MR-in qaz təminatının bərpası üçün 2005-ci ildə qısa müddətdə 530 mm diametrli 40,3 km uzunluğunda "Culfa-Naxçıvan" magistral qaz kəməri, 12 MW gücündə Astara Kompressor Stansiyası, İran-Azərbaycan sərhədində Astara və Culfada müasir avtomatlaşdırılmış dövlətlərarası qazölçmə stansiyaları, Naxçıvan MR-də yeni daşıyıcı qaz kəmərləri inşa edilmişdir. Bu işlər nəticəsində 2005-ci ildən başlayaraq Naxçıvan MR-ə təbii qazın verilməsi bərpa olunmuş, 2009-cu ilin iyul ayında Naxçıvan MR üzrə qazlaşma səviyyəsi 100,0 faizə çatdırılmışdır.Sonradan İran İslam Respublikasına ixrac edilən qazın həcminin artımı ilə bağlı 2011-ci ildə Astara rayonunda əlavə yeni qaz-kompressor stansiyası inşa edilərək istismara verilmişdir.01 yanvar 2004-cü il tarixə kimi respublikanın 49 şəhər və rayon mərkəzləri və rayon mərkəzinə yaxın qəsəbə və kəndlər təbii qazla təmin edilirdi. 2004-cü ildən başlayaraq daha 7 rayonda ( Ağcabədi, Beyləqan, İmişli, Ağdam, Füzuli, Lerik, Yardımlı ) qazlaşdırma işləri həyata keçirilərək əhali abunəçilərinə və obyektlərə təbii qaz verilməsinə başlanıldı."Azəriqaz" sistemində islahatlara Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə start verilmiş və "Azəriqaz" QSC-nin yenidən təşkil edilməsi ARDNŞ-yə və digər aidiyyatı dövlət qurumlarına tapşırılmışdır. Görülən tədbirlər nəticəsində əvvəllər mövcud olan və bazar iqtisadiyyatı şəraitinə uyğun olmayan çoxpilləli idarəetmə strukturu ləğv edilmiş, yaradılmış cəmi ikipilləli idarəetmə sistemi vasitəsi ilə təbii qaz istehlakçıları ilə birliyin birbaşa idarəetmə vasitəsi əldə edilmiş, Birliyin təsərrüfat–maliyyə fəaliyyətinin bir vahid mərkəzdən eyni qərar-tələb ilə idarəedilməsinə nail olunmuş, nəticə olaraq yüksək təhlükə mənbəli bir sahə kimi onun fəaliyyəti ilə bağlı və xidmət göstərilən istehlakçıların tələbatına müvafiq bu sahəyə xas olan risklərin və qəzaların baş vermə ehtimalının azalması, təbii qaz təchizatının və qazlaşdırmanın tələb olunan səviyyəyə çatdırılması istiqamətində müsbət dəyişikliklər əldə olunmuşdur.Son 10 il ərzində 931 yaşayış məntəqəsi, o cümlədən "Azəriqaz" İB-nin fəaliyyəti dövründə 516 yaşayış məntəqəsi qazlaşdırılmışdır.Qazlaşma işləri nəticəsində 683881 yeni əhali abonenti, o cümlədən "Azəriqaz" İB-nin fəaliyyəti dövründə 388515 yeni əhali abonenti təbii qazla təmin olunmuşdur.Yaşayış məntəqələrinin qazlaşdırılması və respublikanın qaz təminatının yaxşılaşdırılması məqsədilə 30077,0 km yeni qaz xətləri ("Azəriqaz" İB-nin fəaliyyəti dövründə 21207,6 km), o cümlədən 29508,0 km paylayıcı kəmərlər, 569,0 km magistral qaz kəmərləri çəkilmişdir.Qaz təchizatının yaxşılaşdırılması üçün 6892,5 km qaz xətti, o cümlədən 6750,9 km paylayıcı kəmərlər, 141,6 km magistral qaz kəməri əsaslı təmir olunmuşdur.İstifadə olunan qazın dəqiq uçotu və dəyərinin ödəniş səviyyəsinin artırılması üçün 1492790 ədəd, o cümlədən 756000 ədəd "smart-kart" tipli müasir qaz sayğacları quraşdırılmışdır. Sayğaclaşma səviyyəsi 99,99 faizə çatdırılmışdır.Qazlaşdırılma layihələri ilə bağlı 22 yeni qazpaylayıcı stansiya inşa olunmuşdur, o cümlədən regionlarda 20 stansiya, Bakı şəhərində 3 stansiya. İstehlakçıların qaz təminatının yaxşılaşdırılması və mövcud infrastrukturun yenilənməsi üçün 44 qazpaylayıcı stansiya yenidən qurulmuşdur, o cümlədən regionlarda 11 stansiya, Bakı şəhərində 31 stansiya.Şimal elektrik stansiyasının və Abşeron yarımadasında yerləşən istehlakçıların qaz təminatı üçün Qaradağda 21 MW gücündə kompressor stansiyası və 87,1 km uzunluğunda 1020/720 mm diametrli magistral qaz kəməri inşa olunaraq istifadəyə verilmişdir.Naxçıvan MR-in qaz təminatının bərpası üçün 530 mm diametrli 40,3 km uzunluğunda "Culfa-Naxçıvan" magistral qaz kəməri, 19,2 MW gücündə Astarada 2 ədəd kompressor stansiyası, İran-Azərbaycan sərhəddində Astara və Culfada müasir avtomatlaşdırılmış dövlətlərarası qazölçmə stansiyaları inşa edilmişdir.Qaz İstismar Sahələrinini iş şəraitinin yaxşılaşdırılması məqsədilə 19 ədəd yeni inzibati bina, o cümlədən 17 inzibati bina regionlarda, 2 inzibati bina Bakı şəhərində inşa olunaraq istifadəyə verilmişdir. Həmçinin, 15 ədəd inzibati bina, o cümlədən 12 inzibati bina regionlarda, 3 inzibati bina Bakı şəhərində əsaslı təmir olunmuşdur.
Son 10 il ərzində aşağıdakı Dövlət Proqramları həyata keçirilmişdir:
"Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 356 nömrəli, 29.06.2000-ci il tarixli Fərmanı;Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il, 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)";Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli, 635 saylı Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı";Azərbaycan Respublikası Prezidentinin 3004 №-li, 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı";Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli, 80 saylı Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı";Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli, 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı";"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28iyun 2011-ci il tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planı (2011-2015-ci illər).Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində bir sıra uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 01.01.2004-cü il tarixə respublika üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 850579 idisə, görülmüş işlər nəticəsində əhali abunəçilərinin sayı 683881 ədəd artırılaraq 01.07.2013-cü il tarixə 1534460-a çatdırılmışdır. Bu dövr ərzində yeni qazlaşdırılmış qəsəbə və kəndlərin sayı 931 olmuşdur.Eyni zamanda Naxçıvan MR-də qazlaşma işləri nəticəsində 81000 abonent təbii qazla təmin edilmiş və bütün abunəçilərə qaz sayğacı quraşdırılmışdır.01.01.2004-cü il tarixə təbii qazla təmin olunan əhali abunəçilərinə quraşdırılan sayğac sayı 41550 ədəd olmuşdur ki, bu da cəmisi 4,9 faiz demək idi. 01.07.2013-cü il tarixə quraşdırılan sayğac sayı isə 1534340 ədəd təşkil edir ki, bu da təbii qazla təmin edilən ümumi əhali sayına görə 99,99 faiz deməkdir. (ümumi artım 1492790 ədəd).Eyni zamanda qeyd etmək lazımdır ki, quraşdırılan sayğac sayının artımı ilə yanaşı, daha geniş imkanlara malik olan müasir tipli ölçü vasitələrinin tətbiqi "Azəriqaz" İB-nin qarşısında duran əsas məsələlərdən biridir. Artıq bu sahədə xeyli iş görülmüşdür. Belə ki, 2010-cu ilin əvvəlindən etibarən Fransa Respublikasının "İtron" şirkətinin istehsalı olan öncədən ödənişli smart-kart tipli sayğacların quraşdırılmasına başlanılmışdır və 01 iyul 2013-cü il tarixinə istismara verilmiş sayğacların sayı 756 000 ədəd təşkil edir. Qeyd olunan sayğaclar ilə təchiz olunan abonentlərin idarəedilməsini təmin etmək məqsədi ilə xüsusi proqram təminatları quraşdırılmışdır. Vətəndaşlar tərəfindən öncədən ödənişli smart-kart tipli sayğacların kartlarına ödənişlərin rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Bankının və Kapital Bankın bütün şöbə və filiallarında müvafiq işlər aparılmış və ödəniş terminalları vasitəsi ilə ödənişlərin qəbul olunması təmin edilmişdir.Eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən "Komtec" MMC və "Modenis" MMC ilə xidmət müqaviləsi imzalanmış və nəticədə ölkənin hər bir yerində fəaaliyyət göstərən və qeyd olunan şirkətlərə məxsus "pay-point" ödəniş köşkləri vasitəsi ilə ödənişlərin qəbul edilməsi tam şəkildə təmin olunmuşdur.Görülən işlərin nəticəsi olaraq, bu gün istismarda olan adi sayğaclara nisbətən smart-kart tipli sayğaclarla təmin olunmuş əhali abunəçilərinin ödənişi 100,0 faiz təşkil edir və bu sayğacların quraşdırılması ilə ödəniş problemi öz həllini tapmışdır. Hal-hazırda smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir.01.01.2004-cü il tarixə magistral qaz kəmərlərinin uzunluğu 3801,8 km, paylayıcı qaz kəmərlərinin uzunluğu isə 22846,4 km olmuşdur.01.07.2013-cü il tarixə isə aparılmış tikinti-quraşdırma işləri nəticəsində magistral qaz kəmərlərinin uzunluğu artırılaraq 4370,8 km-ə (artım 569,0 km), paylayıcı qaz kəmərlərinin uzunluğu 52354,4 km-ə (artım 29508,0 km) çatdırılmışdır.2010-cu ilin aprel ayından etibarən 2012-ci ilin avqust ayına qədər təbii qaz istehlakçılarının uçotunun aparıldığı abonent bazası FoxPro proqram təminatı sistemindən daha mükəmməl olan və real (onlayn) rejimdə çalışan AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya sistemi) proqramına inteqrasiya olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin "Əhalinin təbii qazdan istifadəyə görə yaranmış borclarının silinməsi tədbirləri barədə" 29 dekabr 2009-cu il tarixli fərmanına əsasən əhali abonentlərinin 01 oktyabr 2009-cu il tarixinə olan 327 362 061,80 manat məbləğində debitor borclarının silinməsi təmin olunmuşdur.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 46 s saylı 07.04.2011-ci il tarixli "01.01.2010-cu il tarixinə qaçqın və məcburi köçkünlərin təbii qaza görə yaranmış debitor borclarının sərəncamda qalan mənfəət hesabına silinməsi haqqında" sərəncamına və "Azəriqaz" İstehsalat Birliyinin 19.04.2011-ci il tarixli 172-ü saylı əmrinə əsasən qaçqın və məcburi köçkünlərin 01.01.2010-cu il tarixinə yaranmış 109 167 362,61 manat debitor borclarının silinməsi təmin olunmuşdur. İstehlak olunmuş qazın dəyərinin "PayPoint" və "APUS" sistemləri vasitəsilə real rejimdə birbaşa abonentin hesabına işlənilməsi təmin olunmuşdur.
Əkbər Hacıyev
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru
yap.org.az