"Azərbaycanla Avropa Şurası arasında münasibətlər normal səviyyədədir. Təşkilatın ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidə missiyasını göndərməsi də qarşılıqlı əməkdaşlığın nümunəsidir". Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan bütün nüfuzlu beynəlxalq təşkilatların seçkiləri müşahidə etməsində maraqlıdır. Onun sözlərinə görə, ölkəmiz demokratik dəyərlərə sadiqdir.
"Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir və bu istiqamətdə böyük nailiyyətlər əldə etmişik. Bu mənada, növbəti prezident seçkiləri də ölkəmizin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyəcək"- deyə, nümayəndə heyətinin üzvü vurğulayıb.
yap.org.az