"Azərbaycanda iri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur". Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
E.Rüstəmov qeyd edib ki, gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsi də istisna deyil. Onun sözlərinə görə, amma hazırda bu məsələ konkret gündəmdə deyil".
"Dünyanın aparıcı ölkələrində 8-10 ildən bir valyutaların dizaynı dəyişdirilir və bu normal prosesdir. Azərbaycan Mərkəzi Bankı bu məsələyə hökumətlə və Pul islahatları komissiyası ilə birlikdə baxır və yeni qərar olsa, birgə qərar olacaq"- deyə, E.Rüstəmov vurğulayıb.
yap.org.az