PDF Oxu

Siyasət

  • 9

Politoloq: "Azərbaycan zəzərçəkmişlər siyahısında ola bilməz"

Politoloq: "Azərbaycan zəzərçəkmişlər siyahısında ola bilməz"

"Suriyada baş verənlər bizim iradəmizdən asılı olmasa da, çox təhlükəli məsələdir". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli Suriyada baş verən hadisələrə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Suriyada baş verənlər İranın, Rusiyanın maraqlarına toxunan məsələdir və bizim hər hansı bir müdaxiləmiz vəziyyəti cızığından çıxara bilər.Politoloq bildirib ki, Suriyada müharibənin başlanması qorxulu tendensiya yarada bilər: "Ancaq Azərbaycan zəzərçəkmişlər siyahısında ola bilməz. Düzdür, İran bu qarışıqlıqdan istifadə edərək müəyyən təxribatlara əl ata bilər, amma Azərbaycan dövləti kifayət qədər möhkəmdir. Bundan əlavə Qərbin də Azərbaycanda çoxlu iqtisadi-siyasi maraqları var. Bu səbəbdən Azərbaycan xususi diqqət altına alınıb. Əgər bu məsələdən istifadə edərək hər hansı bir təxribata əl atılsa, həm Azərbaycan dövləti, həm də onun müttəfiqləri gərəkli addımları atacaqlar".

sia.az

Digər xəbərlər