PDF Oxu

Siyasət

  • 8

QKDK-nın 15 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir

QKDK-nın 15 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunan beynəlxalq elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, "Yeni erada kapital bazarlarının tənzimlənməsi: Tənzimləyici və bazar institutlarına yenidən baxış" mövzusunda olan konfrans Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) və Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) birgə təşkilatçılığı ilə baş tutub.Konfransda ilk olaraq çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanda son 10 il ərzində həyata keçirilən köklü sosial iqtisadi islahatlar və davamlı inkişaf nəticəsində ölkə iqtisadiyyatı 3 dəfə artıb: "Təbii ki, bu artım qiymətli kağızlar bazarına da öz təsirini göstərir. Hazırda qiymətli kağızlar bazarı neft fonduna investisiyaların cəlb edilməsində aktiv vasitəçi kimi çıxış edir. Qeyd etmək lazımdır ki, ötən dövr ərzində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin işi Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib".Komitənin sədri Rüfət Aslanlı isə vurğulayıb ki, konfransda kapital bazarlarının tənzimlənməsi, gündəlikdə olan yeni prinsiplərin fəaliyyəti barədə geniş çıxışlarımız nəzərdə tutulub.Daha sonra tədbir iştirakçıları komitənin fəaliyyəti barədə geniş məruzə ilə çıxış ediblər.Məlumat üçün bildirək ki, konfransın davamında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi qiymətli kağızlar bazarında əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, tənzimləyici və texniki informasiya mübadiləsinin gücləndirilməsi, qarşılıqlı anlaşma və ikitərəfli əlaqələrin genişləndirilməsi, həmçinin təhqiqat sahəsində yardım göstərməklə investorların hüquqlarının müdafiəsinin təmin edilməsindən ibarətdir.Qeyd edək ki, 15 ölkədən 100-ə yaxın nümayəndənin iştirakı ilə keçirilən konfransda inkişaf etməkdə olan ölkələrdə kapital bazarlarında dövlət tənzimlənməsi və kapital bazarlarının peşəkar iştirakçılarının tənzimləyici mühitdə dəyişikliklərə uyğunlaşması tendensiyaları istiqamətlərində geniş müzakirələr aparılıb.

sia.az

Digər xəbərlər