Prezidentliyə namizədlərin qeydə alınması üçün lazım olan sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunması üçün son günüdür. SİA-nın məlumatına görə, prezidentliyə namizəd olmaq istəyənlər bu gün saat 18:00-a kimi sənədlərini MSK-ya təqdim edə bilərlər.Xatırladaq ki, bu günə qədər 21 namizədin prezidentliyə namizədliyi təsdiq olunub. Onlardan Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev və Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülən İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
sia.az