PDF Oxu

Siyasət

  • 13

Nazir “Yay Davosu” Forumunda iştirak edəcək

Nazir “Yay Davosu” Forumunda iştirak edəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dünya İqtisadi Forumunun 10-13 sentyabr tarixlərində Çin Xalq Respublikasının Dalian şəhərində keçiriləcək illik "Yay Davosu" Forumunda iştirak edəcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.Nazir Əli Abbasov Forum çərçivəsində keçiriləcək "Rəqəmli İqtisadiyyatı Qorumalı", "22-ci Əsrin İpək Yolunu Yenidən Kəşf Edərkən" mövzularında keçiriləcək sessiyalarda məruzəçi qismində, "İqtisadi Artım üçün Yeni Sərhədlərin Yaradılması" mövzusunda keçiriləcək xüsusi iclasda və digər sessiyalarda iştirak edəcək, həmçinin bir sıra ölkələrin sahə nazirləri, informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

sia.az

Digər xəbərlər