PDF Oxu

Siyasət

  • 11

Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır

Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır

Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır.

Milli Məclisin sentyabrın 15-dən komitələr fəaliyyətə başlayacaqlar. Komitələrdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrinə baxılacaqdır.

Payız sessiyasında müzakirə ediləcək əsas sənədlərdən biri "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaqdır. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.

yap.org.az

Digər xəbərlər