PDF Oxu

Siyasət

  • 4

Musa Quliyev: Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanda gedən prosesləri çox maraqla izləyirlər

Musa Quliyev: Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanda gedən prosesləri çox maraqla izləyirlər

"Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanda gedən prosesləri çox maraqla izləyirlər və əhalinin rifahının ilbəil yüksəlişini yüksək qiymətləndirirlər. Bu mənada QDİƏT PM-nin komitə iclasının iştirakçıları da Azərbaycanda həyata keçirilən inkişaf siyasətini təqdir edirlər". Bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Azərbaycanın QDİƏT PM-də nümayəndə heyətinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, belə tədbirlərin əhəmiyyəti çox böyükdür. Onun fikrincə, ilk növbədə, ölkəmizin həmin təşkilatlarda nüfuzu artır, beynəlxalq əhəmiyyətli məsələlərə töhfəmiz olur. Digər tərəfdən, ölkəmizə gələn hər xarici qonaq buradan xoş təəssüratlarla gedir.

"Fikrimcə, bundan sonra da yüksək beynəlxalq tədbirlərin bölgələrimizdə keçirilməsi əhəmiyyətli olacaq. Digər tərəfdən, regionlardakı müvafiq qurumlar da bu işlərdə təcrübələrini artırırlar. Bu mənda QDİƏT PM-nin komitə iclasının Gəncə şəhərində keçirilməsi bütövlükdə, Azərbaycan üçün çox faydalı tədbir idi"- deyə, M.Quliyev qeyd edib.

yap.org.az

Digər xəbərlər