Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sentyabrın 30-dan oktyabrın 4-dək Strasburqda keçiriləcəkdir.
Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Qafarovanın "Əmək bazarında yaşlı insanların diskriminasiyası ilə mübarizə" mövzusunda məruzəsi dinləniləcəkdir.
Tədbirdə Serbiya prezidenti Tomislav Nikoliç, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin və Ermənistan prezidenti Serj Sarkisyan çıxış edəcəklər.
Sessiya çərçivəsində milli təhlükəsizlik və informasiyaya çıxış, uşaqların fiziki toxunulmazlıq hüququ və bir sıra digər məsələlərlə bağlı müzakirələr keçiriləcəkdir.
AŞPA-nın payız sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ salınmamışdır.
yap.org.az