PDF Oxu

Siyasət

  • 12

Mübariz Qurbanlı: Ermənistanın xilası işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaqdan keçir

Mübariz Qurbanlı: Ermənistanın xilası işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaqdan keçir

"Beynləxlaq aləmdə mövcud qaydalar var. Müəyyən təşkilata üzv olan ölkə üzvlüyə görə üzərinə öhdəliklər də götürür. Bu öhdəliklər həmin ölkənin üzv olduğu və ya üzv olmaq isdədiyi digər təşkilatlara daxil olmasında ziddiyyət yaradırsa, bu zaman seçim etmək lazım gəlir. Bu mənada Ermənistan da seçim qarşısında idi. Ya Rusiyanın qanadı altına sığınaraq yenə əvvəlki kimi daxili və xarici siyasətini, iqtisadi məsələlərini, bütövlükdə ən xırda belə məsələni Rusiya ilə razılaşdırmalı idi. Ya da, assosiativ üzvlüyə daxil olaraq Avropa İttifaqından iqtisadi yardımlar alıb iflic vəziyyətdə olan iqtisadiyyatını qaldırmağa üstünlük verməli idi". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Avropa İttifaqına assosiativ üzvlük yalnız iqtisadi deyil, həm də siyasi məsələdir. Ona görə də, Ermənistanın belə bir iddiaya düşməsi istər-istəməz onun hamisinin xoşuna gəlmədi və ona başa saldılar ki, Avropaya gedən yollara müstəqil addım ata bilməz. M.Qurbanlının fikrincə, Ermənistan məhz Rusiyanı təsiri ilə Gömrük İttifaqına qoşulmaqla bağlı müsbət fikir ifadə edib.

"Gömrük ittiafqına gəlincə, Ermənistanın bu quruma qoşulan dövlətlərlə quru sərhədləri yoxdur. Bunun özü ciddi məsələdir. Eyni zamanda, bu ölkənin düşünən insanları belə yaşamağın çox çətinliklər yaradacağını görməkdədirlər. Yəni ölkə iqtisadiyyatı tamailə xarici ölkədən asılı vəziyyətdədir. Ermənistanın potensialı tükənib və Avropa İttifaqına assosiativ üzvlük xilasedici kəmər rolunu oynaya bilərdi. Amma bu da əldən çıxdı. Gömrük İttiafqına daxil olub-olmamaqdan asılı olmayaraq, Rusiyanın iqtisadi imkanları çərçivəsində onsuz da Ermənistana yardımlar edilir. Rusiya şirkətləri tərəfindən Ermənistan iqştisadiyyatını ayaqda saxlamaq üçün cəhdlər edilir"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlı qeyd edib ki, amma Rusiyanın iqtisadi potensialı Ermənistanı öz yedəyində daşımağa imkan vermir. Onun fikrincə, Rusiya Avropa İttifaqının edə biləcəyi qədər yardımı Ermənistana etmək imkanına malik deyil. S.Sarkisyanın Moskvaya səfəri zamanı Rusiyanın Ermənistanda bir sıra layihələrə böyük məbləğdə pul ayıracağı vədlər verildiyini deyən M.Qurbanlının sözlərinə görə, əvvəllər də bu tipli vədlər verilib.

"Avropa İttifaqı isə bir ölkə deyil, böyük bir məkandır. Aİ-nin iqtisadi imkanları Rusiya ilə müqayisədə qat-qat yüksəkdir. Əgər Aİ-yə daxil olan ölkələrin ümumilikdə ÜDM həcmi 15 trilyon dollar civarındadırsa, Rusiyada bu göstərici 2,2 trilyon dollar səviyyəsindədir. Ona görə də, Rusiyanın hansısa iqtisadi məkanda layihələr həyata keçirmək üçün Aİ-lə yarışmaq istəyi o qədər real görünmür. Ermənistan onsuz da Rusiyanın yedəyindədir. Ermənistan problemlərini həll edə bilmir. Aİ-dən də dilənçi payı qoparmaq istəyirdli ki, bu da yalnız assosiativ yola buraya qoşulduqdan sonra daha real görünə bilərdi. Bu nəfəslik də qapadıldı. Bu gün Ermənistanda Sarkisyanın Moskvada apardığı danışıqlar və verdiyi vədlərlə bağlı çox böyük narazılıq var. Erməni lobbi təşkilatları da bu cür addımların atılmasına qarşıdır. Hətta vaxtilə Ermənistanın hakimiyyətində olan siyasətçilər də Avropaya gedən yolun qapanmasının böyük ziyan gətirəcəyini söyləməkdədirlər. Yəni Rusiyanın iqtisadi imkanları geniş olsaydı, erməni iqtisadiyatındakı yırtıqlarını yamayaa bilərdi. Amma bu çox çətin məsələdir. Aİ-nin isə məsələyə münasibəti bəllidir. Təşkilatın Ermənistana verəcəyi kreditlər donduralacaq. Erməni tərəfinin Aİ qarşısında bəraət almaq imkanları da geniş deyil. Nə qədər vəd versələr də, Rusiyadan tamamilə asılı vəziyyətdədirlər. Ona görə də, son hadisələr Ermənistanın daxili siyasi həyatına güclü təsir göstərəcək və Ermənistandan mühacirət intensiv xarakter alacaq.

Düşmən ölkə öz siyasəti ilə özünü fəlakətə doğru aparmaqdadır. Ermənistanın xilası işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaqdan və bunun müqabilində ölkəmizlə və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, bütövlükdə Cənubi Qafqazdakı ambisiyalarından imtina etməsindən keçir. Bunu Ermənistan hakimiyyəti dərk etmədikcə kim tərəfindən himayə edilirsə edilsin, mütləq onun siyasəti dalana dirənəcək"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər