PDF Oxu

Siyasət

  • 10

YUNESKO-da Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək

YUNESKO-da Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək

YUNESKO-da Üzeyir Hacıbəylinin "Arşın Mal Alan" operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək. Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən SİA-ya verilən məlumata əsasən, cari ilin 17 sentyabr tarixində YUNESKO-nun Baş Qərargahında Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-da Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın Mal Alan" operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək.Qeyd edilməlidir ki, YUNESKO hələ 2011-ci ildə "Arşın Mal Alan" operasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və "Arşın Mal Alan" operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub. Tamaşa-konsertində Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcəklər.

sia.az

Digər xəbərlər