"Hazırda komitəmizə ilk dəfə olaraq investisiya fondunun yaradılmasına dair artıq konkret təklif daxil olub. Hazırda o təklifin ətrafında təşəbbüsçülərlə müzakirələr gedir. Ümid edirik ki, ilin sonunadək investisiya fondlarının da yaradılmasının şahidi olacağıq". Bu sözləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib.
R.Aslanlı bildirib ki, investisiya fondlarının spesifikası digər maliyyə institutlarından bir qədər fərqlidir. Onlar fondun idarə edilməsi prinsiplərini qabaqcadan bəyan etməlidirlər.
"Biz o prinsiplərin həm iqtisadi reallıqlarımıza, həm də bütövlükdə Azərbaycanın mövcud iqtisadi situasiyasına məqbul olub-olmaması prizmasından qiymətləndiririk. Hazırda bu prinsiplər ətrafında müzakirələr gedir"- deyə, komitə sədri qeyd edib.
yap.org.az