"Təhsil Nazirliyi olaraq bir çox işlərin hazırlığını görürük. Bakı şəhərinin 164 məktəbində cari təmir işləri həyata keçirilir". Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, hər il olduğu kimi bu ildə 4 milyondan artıq dərsliklər çap olunub. Onun sözlərinə görə, uşaq evləri və fiziki qüsurları olan uşaqlar üçün fəaliyyət göstərən təhsil müəssisələrində isə mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq.
"Təcrübə uğurlu olduğu təqdirdə ölkəmizin digər rayonlarında da bu praktikanı tətbiq edəcəyik"- deyə, M.Cabbarov qeyd edib.
yap.org.az