PDF Oxu

Siyasət

  • 10

Elşad İskəndərov: Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədədir

Elşad İskəndərov: Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədədir

"Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədədir". Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib. E.İskəndərov bildirib ki, dövlət tərəfindən dini abidələrin bərpasına da böyük diqqət ayrılır. Onun sözlərinə görə, bu istiqamətdə Prezident İlham Əliyev son 10 ay ərzində 20-yə yaxın sərəncam, əmr və təklif verib. Bu o deməkdir ki, dini abidələrimizin qorunması məsələsi birbaşa ölkə başçısının diqqətindədir.

"Məzhəbindən asılı olmayaraq hər bir şəxs tolerantlığın qorunması və yüksəldilməsi üçün çalışmalıdır. Azərbaycan dünyəvi dövlət olsa da dindən ayrı deyil. Azərbaycanda Avropa ölkələrindən fərqli olaraq dinə hər zaman dövlətin dəstəyi olub və bundan sonra da olacaq"- deyə, Dövlət Komitəsinin sədri qeyd edib.

yap.org.az

Digər xəbərlər