11 – 14 sentyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Mahir Hümbətov ATƏT-in 21-ci İqtisadi və Ətraf mühit üzrə forumunda "Stabillik və Təhlükəsizliyi Artırma" (İncreasing Stability and Security) adlı tədbirdə çıxış etmək üçün Praqa şəhərinə səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə "Enerji sektorunda şəffaflıq və doğru idarəetməni dəstəkləmə" (Promoting transparency and good governance in energy sector), "Requlyator və idarəetmə çərçivəsini gücləndirmə" (Strengthening policy and regulatory framework), "Beynəlxalq əməkdaşlığı dəstəkləmə" (Fostering international cooperation) və s. kimi mövzuların müzakirəsi planlaşdırılır.Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasını həmçinin Xarici İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Praqadakı səfirliyinin nümayəndələri də təmsil edəcək.
sia.az