"Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması, gənc alimlərə Dövlət mükafatlarının verilməsi ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı. Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə artırılıb". Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, həmçinin, Azərbaycan Elminin İnkişaf Strategiyası təsdiq olunub, 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib, Elmin İnkişaf Fondu yaradılıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə diqqət ilbəil artırılır.
"Son illər elm və mədəniyyət ocaqlarının təmirinə, maddi-texniki bazasının gücləndirilməsi işinə də böyük diqqət yetirilir. Bütün bunlar Azərbaycanda elmə, mədəniyyətə yüksək diqqət və qayğıdan xəbər verir. Eyni zamanda, Elmin İnkişafı Fonduna çox böyük vəsaitlər ayrılır. Elm ocaqlarının yeni avadanlıqlar ilə təchiz olunması, modernləşməsi, dünya elminə inteqrasiya etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi işçilərin əməyinin stimullaşdırılması üçün bu fond ciddi işlər görməkdədir. Ümumiyyətlə, akademiyanın təchizat məsələləri də son illər xeyli səviyyədə yaxşılaşdırılıb. İnformasiya texnologiyaları ilə təchiz olunması, ezamiyyətlərin verilməsi, xarici ədəbiyyatların alınması və s. məsələlərdə müsbət irəliləyişlər çoxdur . Prezident İlham Əliyevin AMEA-nın illik hesabat yığıncağındakı söylədiyi nitq Azərbaycan elminin inkişafında çox böyük hadisədir. Dövlət başçısı yığıncaqdakı dərin məzmunlu çıxışında alimlərimizin əməyinə yüksək qiymət verib. Prezident Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib"- deyə, G.Baxşəliyeva qeyd edib.
yap.org.az