Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il istismara veriləcəkdir.
Bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə müsahibəsində demişdir.
O qeyd etmişdir ki, hazırda dəmir yolunun tikintisi ilə bağlı işlər davam etdirilir. Bizim işçi qatarlarımızın sərhədə qədər getməsi nəzərdə tutulmuşdur və bu işi həyata keçirəcəyik. Bilirsiniz ki, tikinti çətin şəraitdə aparılır. Çünki dəmir yolunun keçdiyi Türkiyə və Gürcüstan əraziləri əsasən dağlıq relyefdən ibarətdir. Bu da tikintidə müəyyən problemlər yaradır. Xüsusilə Türkiyə ərazisində xeyli sayda keçid və tunellər vardır. Buna baxmayaraq işlər uğurla davam etdirilir.
yap.org.az