PDF Oxu

Siyasət

  • 13

Braziliyadakı səfirimiz San Paolo şəhərinə işgüzar səfər edib

Braziliyadakı səfirimiz San Paolo şəhərinə işgüzar səfər edib

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov San Paolo şəhərinə işgüzar səfər edərək bir sıra görüşlər keçirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, San Paolo şəhərinin meri Fernando Haddad ilə keçirilən görüşdə müxtəlif sahələrdə əməkdaşlığın yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Səfir Elnur Sultanov Fernando Haddada Azərbaycan-Braziliya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, həmçinin Azərbaycanın xarici və daxili siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verib.San Paolo ştatının qubernatorunun beynəlxalq məsələlər üzrə müşaviri Rodriqo Tavares ilə keçirilən görüş zamanı San Paolo ştatı və Azərbaycan arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilərək, qarşılıqlı maraq doğuran sahələrdə təmasların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.San Paolo ştatının Sənaye Federasiyasının rəhbərliyi ilə keçirilmiş görüşdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin təşviq edilməsi, biznes imkanları barədə məlumat mübadiləsinin həyata keçirilməsi müzakirə edilib. Səfir Elnur Sultanov Azərbaycanın surətli iqtisadi inkişafı, ölkə iqtisadiyyatının uğurlu diversifikasiyası, xarici investorlar üçün yaradılmış cəlbedici biznes iqlim barədə ətraflı məlumat verib. Federasiya tərəfindən San Paolo ştatının iqtisadi inkişafına dair təqdimat həyata keçirilib.4 sentyabrdan San Paolo şəhərində başlauan Azərbaycan bədii filmlərin nümayişi çərçivəsində səfir Elnur Sultanov Braziliyalı tamaşaçılarla keçirdiyi görüşdə Azərbaycanın qədim və zəngin mədəniyyəti, o cümlədən milli kinonun tarixi və müasir inkişafı barədə məlumat verərək, tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.Keçirilən bütün görüş və tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafına dair müxtəlif nəşr və materiallar təqdim olunub.

sia.az

Digər xəbərlər