PDF Oxu

Siyasət

  • 12

Elmira Süleymanova: Seçki hüquqları, o cümlədən seçmək və seçilmək hüquqları prioritet məsələdir

Elmira Süleymanova: Seçki hüquqları, o cümlədən seçmək və seçilmək hüquqları prioritet məsələdir

"Seçki hüquqları, o cümlədən seçmək və seçilmək hüquqları prioritet məsələdir". Bu fikri İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, Azərbaycanda bu sahədə qanunvericilik, Seçki Məcəlləsi təkmilləşdirilib. Onun sözlərinə görə, bu istiqamətdə dövlətimizin başçısının 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamlarının mühüm müddəaları Seçki Məcəlləsində nəzərə alınıb.

"Müvəkkil və əməkdaşları ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izləyib. Bu istiqamətdə kifayət qədər təcrübə qazanılıb. Ötən seçkilərdə olduğu kimi, İnsan hüquqları üzrə müvəkkil və əməkdaşları qarşıdakı prezident seçkilərini də müşahidəçi qismində izləyəcək"- deyə, E.Süleymanova vurğulayıb.

yap.org.az

Digər xəbərlər