PDF Oxu

Siyasət

  • 11

"20 ilin "siyasətçiləri" bir rejissora aldandı"

"20 ilin "siyasətçiləri" bir rejissora aldandı"

"Ötən il kimsə durub desəydi ki, müxalifətin prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov olacaq, buna gülüşlə yanaşar, hətta ağılsız fikir kimi də qəbul edərdilər. Çünki bu vədəyədək müxalifətin içində olmayan, ümumiyyətlə siyasətə heç bir aidiyyatı olmayan birini kimsə düşərgədə təsəvvür etmək istəməzdi. Amma olanlar və bundan sonra olacaqlar çox maraqlı nüansları ortaya çıxardı. Kimin ağlına gələrdi ki, bu xalqı öz istədiyi kimi kəndliyə-şəhərliyə bölən, erməniləri millətimizdən ağıllı, elitar kimi qələmə verən, Qarabağın Azərbaycana aid olmasını danan, Moskvadakı həyatından bezəndə İçərişəhərdə özünü "elita" adlandıranlarla filmlərdən-ssenarilərdən danışıb bahalı siqaretlərin tüstüsündə məst olan Rüstəm İbrahimbəyov builki prezident seçkilərində müxalifətin namizədi olacaq?". SİA-nın məlumatına görə, bunu açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovu bu işə qoşanlar əvvəlcədən ssenari hazırlamışdılar: "Məhz bu məqsədlə də onu müxalifət adına önə çıxarmaq üçün fəallıq göstərilib. Müsahibələrində rusca fikirləşib Azərbaycanca danışan İbrahimbəyov ona müvəqqəti əl çalanların aurasına düşmüşdü. Qoca, eynəkli və saqqallı bu adam müxalif düşərgədə yeni obraza, yeni qəhrəmana çevrilmişdi. Amma bu sona qədər belə olmadı. Rejissor müxalifətə elə bir ssenari, rol hazırlamışdı ki, düşərgə təmsilçiləri bunu xülyalarında belə canlandıra bilməzdilər. Sona qədər İbrahimbəyov müxalifəti vakkumda saxladı və ən nəhayətdə özünüzə vahid namizəd seçin, seçə bilmirsinizsə bu mənim problemim deyil deməklə əslində düşərgədəkilərə hansı rakursdan yanaşdığını ortaya qoymuş oldu. Rüstəm İbrahimbəyov hətta artıq Rusiya vətəndaşlığından çıxmaq üçün verdiyi ərizəyə də peşman olduğunu bildirməklə, müxalifətin üzünə sərt bir sillə vurmuş oldu. Bir sözlə, 20 ilin "siyasətçiləri" bir günün içində bir rejissora aldandı".

sia.az

Digər xəbərlər