PDF Oxu

Siyasət

  • 10

Xələf Xələfov: "Xəzərin hüquqi statusu ilə bağlı müəyyən razılaşdırmalar əldə olunub"

Xələf Xələfov: "Xəzərin hüquqi statusu ilə bağlı müəyyən razılaşdırmalar əldə olunub"

"Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupunun 33-görüşündən əldə olunan razılaşmaları yüksək qiymətləndirirəm. Görüş çərçivəsində müəyyən prinsipial razılaşmalar əldə olunub". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun 33-cü görüşünün yekunlarına həsr olunan mətbuat konfransında deyib.Nazir müavini bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə müəyyən fikir ayrılıqlarının olduğuna görə, onların üzərində işləmək lazımdır: "Görüşdə əsas müzakirə olunan məsələ Xəzərin Hüquqi statusuna dair Konvensiya layihəsinin müzakirəsi olub. Aparılan müzakirələr nəticəsində konvensiya layihəsinin böyük bir hissəsi razılaşdırılıb. Ancaq müəyyən məsələllərdə fikir ayrılıqları mövcuddur. Hesab edirəm ki, bu barədə konsensusa gəlinməlidir".X.Xələfov bildirib ki, görüşdə əldə olunan razılığa əsasən, 2014-cü ildə Rusiyada Xəzərin Hüquqi Statusunun müəyyənləşdirilməsi üzrə növbəti görüş keçiriləcək: "Rusiya növbəti görüşdə müzakirə olunmaq üçün bir sıra təkliflər irəli sürüb. Bu təkliflər bütün tərəflər tərəfindən razılıqla qəbul olunub".X.Xələfov Bakıda keçirilən görüşdə əldə olunan razılaşdırmaları yekun məqsədə xidmət edən növbəti addım kimi qiymətləndirib.

sia.az

Digər xəbərlər