PDF Oxu

Siyasət

  • 8

“2013-cü ilin oktyabrında keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin birinci mərhələsi başa çatmışdır

“2013-cü ilin oktyabrında keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin birinci mərhələsi başa çatmışdır

Qarabağ QHT Koalisiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "2013-cü ilin oktyabrında keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi" layihəsinin birinci mərhələsi başa çatmışdır.

AzərTAc xəbər verir ki, sentyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində bununla bağlı mətbuat konfransı keçirilmişdir.

Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin ölkəmizin həyatında mühüm siyasi hadisə olduğunu bildirərək maarifləndirmə tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, layihənin ilkin mərhələsində İmişli, Beyləqan və Füzuli rayonlarında seminarlar keçirilmişdir. Seminarlarda rayon ziyalıları, gənclər, qəsəbə sakinləri iştirak etmişlər. Əhali ilə görüşlər bir daha onu göstərmişdir ki, dövlət tərəfindən vətəndaşların rifahı naminə bütün istiqamətlərdə görülmüş işlər, həyata keçirilən proqramlar ictimaiyyət arasında böyük rəğbətlə qarşılanır. İnsanların seçkilərdə fəal iştirak etmələri üçün regionlarda da hər cür şərait yaradılmış, hər bir seçicinin öz istədiyi namizədə səs verməsi üçün tam demokratik mühit formalaşdırılmışdır.

Diqqətə çatdırılmışdır ki, layihənin Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy və Biləsuvar rayonlarında da icrası nəzərdə tutulur.

AzərTAc

Digər xəbərlər