Xəbər verdiyimiz kimi, Bakıda əlilliyi olan gənclərin "Şərq nağılı" I Beynəlxalq yaradıcılıq festivalı keçirilir.
AzərTAc xəbər verir ki, sentyabrın 12-də festival çərçivəsində Milli Məclisdə görüş keçirilmişdir.
Milli Məclisin deputatlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əlilliyi olan gənclərin sosial inteqrasiyası və cəmiyyətə tam adaptasiyasının təşviqi, onların hüquqlarının qorunması ilə bağlı yeniliklər, əlil insanların fəaliyyəti üzrə imkanlar və sair məsələlər müzakirə olunmuşdur.
AzərTAc