AVROPA PARLAMENTİNİN DEPUTATI VİKTOR BOSTİNARU: "ERMƏNİSTAN İŞĞALA SON QOYMALI VƏ BU ADDIMI QEYD-ŞƏRTSİZ ATMALIDIR"
"Rosbalt" saytında yer alan məqalədə "Ermənistan işğala son qoymalı və şübhəsiz, bu addımı qeyd-şərtsiz atmalıdır. Bu mövqe beynəlxalq hüquqa uyğun olaraq tam dəstəyə layiqdir". Bu bəyanatı Avropa Parlamentinin deputatı, regional inkişaf və petisiya komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən bildirib.
Viktor Bostinaru daha sonra bildirir: "Azərbaycan əhalisi 9 milyon olan bir ölkədir. Bu əhalinin də bir milyonu məcburi köçkündür. Həmçinin ölkə ərazisinin beşdə biri Ermənistan tərəfdən işğal olunub. Bu rəqəmlər həyəcan təbili çalmaq üçün yetərlidir və geniş ictimaiyyətin bundan bir o qədər xəbəri yoxdur. Bu böyük yükün aradan qaldırılmasının həlli yolu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə mümkündür".
V.Bostinaru onu da bildirir ki, sülh danışıqlarında durğunluq, əslində, böyük problemdir. Dağlıq Qarabağın və digər ərazilərin işğalı ilə nəticələnmiş münaqişə 20 ildir ki, öz həllini tapmayıb. Cənubi Qafqaz Avropa üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm qonşu regiondur. 2008-ci ildə Gürcüstan ilə Rusiya arasındakı münaqişə təhlükəsizlik şəraitinin necə sürətlə dəyişə biləcəyini göstərib. Odur ki, sülh danışıqlarının faydalı nəticələrlə başa çatması Avropanın böyük maraq dairəsində olan məsələdir".
Qeyd edək ki, Ermənistanın Gömrük İttifaqına daxil olması Aİ-də bu ölkəyə qarşı nifrət hissinə səbəb olub və belə getsə, Rusiyanın təzyiqi ilə Gömrük İttifaqına daxil olması Ermənistana baha başa gələcək...Belə ki, Serj Sarkisyanın Gömrük İttifaqına üzv olmağı erməni icmasının xeyrinə hesab edərək, necə deyərlər Sibirə üz tutub və erməni icmasını aclıq və səfalətdən başqa Gİ-də heçnə aydın məsələdir. Digər tərəfdən də, Aİ-yə söz verib digər səmtə yönəlməsi Ermənistanın, el dili ilə desək nala-mıxa vurması kimi qəbul edilir. Rusiyanın öz məqsədinə çatması üçün Ermənistan sanki istifadə vasitəsidir. Amma Ermənistan bunu görmür. Rusiya öz məqsədinə çatdıqdan sonra, Ermənistan artıq özünü zibil qutusunda görəcək. Bax, o zaman ona nə Aİ nə də Gömrük İttifaqı kömək edə bilməyəcək.
RUSİYA "GİPNOZ"U ALTINDAKI TƏHKİMLİ ERMƏNİSTANIN AQİBƏTİ NECƏ OLACAQ?
Erməni mətbuatına istinadən bildirilir ki, erməni rəsmiləri özləri dediklərini, özləri də təkzib edirlər. Belə ki, düz bir ay öncə erməni rəsmiləri "Gömrük İttifaqının üzvü olursansa, artıq suveren deyilsən" kimi bəyanatlar səslənirdi. Lakin bu bəyanatlara zidd olaraq, Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın 3-də Gömrük İttifaqına üzv olacağı ilə bağlı bəyanatına ölkə daxilində verilən qiymət birmənalıdır: Hakimiyyət xalqı Gömrük İttifaqı ilə müqayisədə daha çox gələcək iqtisadi faydadan məhrum etmiş oldu və ölkənin olan-qalan suverenliyi də hakimiyyətin maraqlarına qurban verildi.
"Arovat" erməni mətbuatı sentyabrın 3-də verilən qərarın yalnız hakimiyyət üçün əhəmiyyətli olduğunu qeyd edərək, bildirir: "Gömrük İttifaqı layihəsi ilə Putin yalnız bir məsələni həll etmək niyyətindədir. Belə ki, Rusiya keçmiş sovet respublikalarının müstəqilliyinin son işıltılarını da məhv etmək niyyətindədir". Ermənistan hakimiyyətinin Avropa İttifaqı (Aİ) ilə oyun oynaması da erməni cəmiyyətini hiddətləndirib. Hakimiyyətin son 2-3 il ərzində Aİ ilə bağlanacaq assosiativ sazişin əhəmiyyəti haqqında danışdığını qeyd edən "Arovat" rəhbərliyin müxtəlif vaxtlarda verdikləri açıqlamaları xatırladıb.
"Arovat" rəsmilərinin aylar öncə verdikləri bəyanatlarını xatırladan yazını "no comment" ifadəsi ilə bitirir. Doğrudan da, keçən ay "Əgər sən Gömrük İttifaqının üzvü olursansa, o halda sən artıq suveren deyilsən" deyirdilər. Bizim də dediyimiz elə budur: Ermənistan suveren deyil. Əksinə, Ermənistan Rusiya üçün marianetka rolunu oynayır. Bir vaxt Rusiya öz topunu atacaq, Ermənistan isə keqli daşları kimi ətrafa səpələnəcək. Ermənistandakı kütləvi köçü nəzərə alsaq, Ermənistan artıq ətrafa səpələnməkdədir. Bu da o anlama gəlir ki, Rusiya hədəfi yıxmaq üçün öz topunu çoxdan atıb.
Ülkər Musazadə