PDF Oxu

Siyasət

  • 7

Kazan şəhərində Beynəlxalq nəqliyyat-logistika forumu keçiriləcəkdir

Kazan şəhərində Beynəlxalq nəqliyyat-logistika forumu keçiriləcəkdir

Sentyabrın 13-14-də Rusiya Federasiyasının Kazan şəhərində "Vahid beynəlxalq nəqliyyat-logistika sisteminin yaradılması və inkişaf etdirilməsi: perspektivlər və reallıqlar" mövzusunda Beynəlxalq nəqliyyat-logistika forumu keçiriləcəkdir.

Azərbaycan forumda nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaqdır.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iki gün davam edəcək tədbirdə Avrasiya məkanında beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, multimodal logistik mərkəzlərin nəqliyyat sistemində rolu, nəqliyyatla bağlı infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi problemləri və onun həlli yolları və s. məsələlərin müzakirə olunacağı nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər