"İnformasiya kommunikasiya texnologiyaları Azərbaycanda sürətlə inkişaf etməkdədir". Bu fikri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib.
E.Qasımov bildirib ki, "İKT və mühəndislik sahəsi Azərbaycan üçün çox önəmlidir. Onun sözlərinə görə, Azərbaycanda iri sənaye komplekslərinin tikilməsi, yeni iş yerlərinin açılması bu sahədə olan peşəkar mütəxəssislərə tələbatı artırır.
"Biz sevinirik ki, hörmətli Prezidentimizin diqqət və qayğısı nəticəsində məktəbimiz bir – birindən yeni uğurlara imza atırıq. Hal – hazırda Ali Neft Məktəbinin kampüsü tikilir. Gələn il bu kampüs istifadəyə veriləcək. Bu institutu istifadə verməklə cənab Prezidentimiz neft kapitalını insan kapitalına çevrilməsini qərara aldı"-deyə, E.Qasımov qeyd edib.
yap.org.az