"Hazırda AMEA-da müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn, həmçinin ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib. Alimlərin sosial-məişət problemləri, xüsusən gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atılır. İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir". Bu fikirləri AMEA-nın prezidenti Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bir mühüm dövlət sənədləri qəbul olunub. Onun sözlərinə görə, bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında daha çox vəzifələr qoyur.
"Çünki, ölkə Prezidenti Azərbaycanın gələcək inkişafını ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçid, insan kapitalının inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanun aliliyi prinsiplərinin reallaşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər etmişdir. Təbii ki, yeni tarixi şəraitdə Azərbaycan elminin sosial funksiyaları yeni çalarlar kəsb etməlidir. Elmi idarəetmənin təkmilləşməsi, elmlərarası inteqrasiyanın gücləndirilməsi, elmi-tədqiqat işlərinin koordinasiyası, multidis-tiplinar yanaşma və s. kimi yeniliklərə zəruriyyət yaranır. Cənab Prezidentin imzaladığı elmin inkişafı strategiyası ilə bağlı sənəddə bütün bunları əhatə edən məsələlər qoyulmuşdur"-deyə, AMEA-nın prezidenti vurğulayıb.
yap.org.az