PDF Oxu

Siyasət

  • 9

Ahmet Saniç: Azərbaycana, millətə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır

Ahmet Saniç: Azərbaycana, millətə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır

"Böyük öndər Heydər Əliyev hər zaman "Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm" - deyirdi. Heç şübhəsiz ki, Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur". Bu fikirləri Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç deyib.

A.Saniç bildirib ki, Ulu öndər Heydər Əliyev gəncliyin inkişafı, milli ruhda yetişməsi üçün böyük səylər göstərib.

"Vətənimiz Azərbaycana, millətə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır. Amma eyni zamanda hər bir Azərbaycan gənci yeniləşən dünyada baş verən yenilikləri də bilməli və bu yenilikçi texnologiyanı öz həyatında və cəmiyyətin ümumi maraqları üçün istifadə etməyi də bacarmalıdır. Bu istiqamətdə də uğurlu addımlar atılır"- deyə, rektor qeyd edib.

yap.org.az

Digər xəbərlər