Son 10 ildə Azərbaycanda əhalinin sayı 13.1 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddətdə ölkədə əməkqabiliyyətli əhalinin sayı 24,3 faizə çatıb. Əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 13.7-dən 19 nəfərə, ümumi nəsilvermə əmsalı 1.8-dən 2.3-ə yüksəlib. Ölkədə ömür uzunluğu 1.7 yaş artıb.
Son 10 ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı ölkədən daimi yaşamaq üçün gedənlərin sayını üstələyib.
Qeyd edək ki, DSK-nın 6 ayın yekunlarına dair yaydığı statistikada Azərbaycanda əhalinin sayı 9411,8 min nəfərdir.
yap.org.az