PDF Oxu

Siyasət

  • 12

Rauf Zeyni: “Azərbaycan xalqı prezident seçkilərini böyük həvəslə gözləyir”

Rauf Zeyni: “Azərbaycan xalqı prezident seçkilərini böyük həvəslə gözləyir”

"Ölkə vətəndaşlarının seçki əhval-ruhiyyəsi yüksəkdir". Bu sözləri SİA-ya Milli QHT Forumunun sədri Rauf Zeyni ölkə əhalisinin seçki prosesinə hazırlığı ilə bağlı verdiyi açıqlamasında deyib. O bildirib ki, Azərbaycan xalqı 9 oktyabrda keçiriləcək prezident seçkilərinə sevinclə hazırlaşır. Onun sözlərinə görə, Milli QHT Forumu (MQF) Seçki Koalisiyası ötən ayın 29-dan başlayaraq seçkilərlə bağlı 13 rayonda tədbir keçirib: "Koalisiyanın əsas məqsədi əhalini seçki ilə bağlı məlumatlandırmaq, bu istiqamətdə maarifləndirmək və seçkidə fəal iştirak etməyə çağırmaqdır. Görüşlər zamanı əhalinin seçki prosesinə pozitiv yanaşdığının şahidi oluruq. Regionlarda ictimai aktivlik, vətəndaş fəallığı, sosial-iqtisadi inkişaf, nailiyyətlər olduğundan, əhalinin də seçki ilə bağlı əhval-ruhiyyəsi yüksəkdir".O vurğulayıb ki, ölkəmizdə gedən hərtərəfli inkişaf əhali tərəfindən yüksək qiymətləndirilir: "Ölkəmizin gündən-günə inkişaf etməsi, güclü dövlətə çevrilməsi xalqımızda böyük inam yaradır. Onlar inanırlar ki, ölkəmiz bu templə inkişafını davam etdirsə, sosial rifah halları daha da yaxşılaşacaq. Azərbaycan xalqı bu inkişafın Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu yaxşı bilir. Məhz buna görə də, keçirilən görüşlərdə məlum olur ki, xalq prezident seçkilərini böyük həvəslə gözləyir".

sia.az

Digər xəbərlər