PDF Oxu

Siyasət

  • 6

Baş redaktor: “Təbliğat kampaniyasından əvvəl təbliğat xarakterli materialların dərc olunmasına icazə verilmir”

Baş redaktor: “Təbliğat kampaniyasından əvvəl təbliğat xarakterli materialların dərc olunmasına icazə verilmir”

"Seçki məcəlləsinin tələblərinə görə, təbliğat kampaniyasından əvvəl ayrı-ayrı namizədlərə qarşı qara piar aparılmasına, həm də seçki prosesi ilə bağlı təbliğat xarakterli materialların dərc olunmasına icazə verilmir". Bu sözləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, seçki kampaniyası dövründə bu hal yalnız müvafiq qaydada mətbuat orqanının MSK-ya müraciət etməsi və ödənişli əsaslarla mümkündür: "Təbii ki, burada müvafiq qaydada ödənişsiz təbliğat aparan media orqanları istisna olunur. Bu halda həmin mətbuat orqanı seçki məcəlləsini, jurnalistlər isə peşə etikası və KİV-in tələblərini pozmuş olurlar".Bəzi mətbu orqanlarda prezidentin seçki ərəfəsində bölgələrə səfər etməsi ilə bağlı məsələyə münasibət bildirən E.Mirzəbəyli bunu normal qiymətləndirib: "Azərbaycan qanunvericiliyinə əsasən prezident seçkiləri başlayan zaman ölkə başçısı öz vəzifəsində qalır. Ona görə də prezidentin öz funksiyalarını yerinə yetirməməsinə heç bir əsas yoxdur. Azərbaycan prezidenti seçkidən öncə il boyu ayrı-ayrı obyektlərin açılışında iştirak edib. Bu gün də prezident kimi səlahiyyətlərini icra edərək öz vəzifəsini yerinə yetirir. Bu məsələlərin seçki kampaniyası ilə heç bir əlaqəsi yoxdur".

sia.az

Digər xəbərlər