PDF Oxu

Siyasət

  • 11

Ştefan Fyule: Avropa İttifaqı və Ermənistan arasında inam və etibar yoxdur, yaradıcılıq yoxdur və demək olar ki, irəliyə getmək istəyi yoxdur

Ştefan Fyule: Avropa İttifaqı və Ermənistan arasında inam və etibar yoxdur, yaradıcılıq yoxdur və demək olar ki, irəliyə getmək istəyi yoxdur

Avropa İttifaqının Avropanın qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Fyule "Azadlıq" radiosuna müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşünün təfərrüatlarını açıqlayaraq demişdi: "Biz bir qədər keçmiş haqqında, danışıqlar haqqında, inam və qarşılıqlı etimad haqqında söhbət etdik. Ehtimal ki, müzakirə etdiyimiz məsələlər arasında daha vacibi indiyədək əldə olunanlara söykənərək irəliyə doğru necə addımlaya biləcəyimizdir. Lakin hazırda inam və etimad yoxdur, yaradıcılıq yoxdur və demək olar ki, irəliləmək istəyi yoxdur".

Ş.Fyule xatırlatmışdır ki, bu gün Ermənistan və Avropa İttifaqı arasında münasibətlər "çox köhnəlmiş" Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş əsasında nizamlanır. Lakin "Assosiativ Saziş" Ermənistanın qərarına əsasən artıq gündəlikdə deyildir.

Ş.Fulye Ermənistan hakimiyyətinə sənəd ətrafında yeni danışıqlara başlamağı təklif etdiyini, lakin onların rədd cavabı verdiyini bildirmişdir.

Avropa İttifaqının komissarı Ermənistanda rəsmi şəxslərin kənardan hər hansı bir təzyiqin göstərilməsini inkar etməsi ilə bağlı demişdir: "Ermənistanın rəsmi şəxsləri ilə müzakirələr zamanı təzyiqlər haqqında bizə heç nə deyilməyib. Ermənistandakı həmsöhbətlərimin səmimiliyini şübhə altına qoymağa ixtiyarım yoxdur. Mən Ermənistanın mövqeyini başa düşürəmmi? Ermənistan hakimiyyətinə qərarları qəbul edərkən lazım gələn müəyyən amilləri və nöqteyi-nəzərləri başa düşmək üçün xəritəyə baxmaq kifayətdir. Bunlar aşkar şəkildə bizim tərəfdaşlarımızın hər hansı birinin malik olduğundan daha əhəmiyyətlidir". Ş.Fyule bu sözləri Ermənistanın hədsiz ərazi ambisiyaları və Azərbaycanın ərazilərini zəbt etməsi ilə özünü çıxılmaz vəziyyətə saldığına işarə edərək demişdir.

yap.org.az

Digər xəbərlər