Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizədliyi qeydə alınan namizədlər arasında efir vaxtını müəyyənləşdirmək üçün püşkatma keçirilib.
"Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan Azərbaycan prezidentliyinə namizədlər İctimai Televiziya və Radio Yayımları Şirkətində pulsuz efir vaxtını həftənin cüt günləri saat 19:00-da, radioda isə həftənin tək günləri 21:00-da istifadə edə biləcəklər". SİA-nın xəbərinə görə, bunu MSK-nın bugünki iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Məzahir Pənahov bildirib ki, efir vaxtından debat şəklində istifadə olunacaq: "Hər namizədə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat efir vaxtı ayrılacaq: "Bu 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq.
sia.az
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...