YAP Oğuz rayon təşkilatının sədri: "Təbliğat kampaniyası 17 sentyabrdan 7 oktyabradək 3 mərhələdə aparılacaq"
Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları səfərbər olub. Belə ki, bölgələrdə seminar–müşavirələr keçirlilib, hazırlıq işləri ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilib.
Sentyabrın 13-də Oğuz rayon təşkilarında növbəti seminar-müşavirə keçirilib. Tədbirdə çıxış edən YAP Oğuz təşkilatının sədri Saleh Məhərrəmov keçiriləcək prezident seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən, qarşıda duran vəzifələrdən ətraflı məlumat verib. Qeyd olunub ki, seçkilərin şəffaf, ədalətli və azad şəraitdə keçirilməsi üçün partiyanın rayon təşkilatı tərəfindən bütün lazımi tədbirlər görülür: "Sentyabr ayının 16-dan təbliğat və təşviqat işlərinə başlanacaqdır. Bununla əlaqədar biz yerlərdə təbliğatla bağlı qrafik hazırlamışıq. Qrafikə uyğun olaraq təbliğat kampaniyası 17 sentyabrdan 7 oktyabradək 3 mərhələdə aparılacaqdır. Bunun üçün lazımi təşviqat materiallarını əldə etmişik. YAP Oğuz rayon təşkilatının üzvləri indiyə kimi keçirilən bütün seçkilərdə həmişə olduğu kimi,indi də yüksək fəallıq nümayiş etdirirlər. Təşkilatda yaradılmış seçki qərargahının fəaliyyət proqramı hazırlanmış və üzvlər arasında iş bölgüsü aparılıb. Ərazi ilk partiya təşkilatları ilə əlaqə möhkəmlənib,hər seçicinin seçki məntəqəsinə gələrək öz iradəsini sərbəst şəkildə ifadə etməsini təmin etmək üçün bütün zəruri tədbirlər müəyyənləşdirilib."
S.Məhərrəmov onu da qeyd edib ki, rayon təşkilatının fəalları,bu sahəyə cəlb olunmuş insanlar seçkilərin uğurla başa çatması üçün iradə və fədakarlıqlarını göstərəcəklər.
sia.az