Sentyabrın 16-da Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın mənzil qərargahında görüşdü.
Görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkisi ərəfəsində ümumi ictimai-siyasi vəziyyət və seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə ABŞ səfirinin müavini Derek Hoqan, səfirliyin siyasət şöbəsinin müdiri xanım Kolin Krenvoliç və səfirin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr iştirak etmişdir.
yap.org.az