PDF Oxu

Siyasət

  • 5

Məzahir Pənahov: "Seçkilərə hazırlıqla bağlı işlərin 96 faizi yekunlaşıb"

Məzahir Pənahov: "Seçkilərə hazırlıqla bağlı işlərin 96 faizi yekunlaşıb"

"Azərbaycanda keçiriləcək prezident seçkiləri 125 seçki dairəsi, 5300-ə yaxın daimi və 219 müvəqqəti yaradılan seçki məntəqəsində keçiriləcək". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, MSK seçkilərə hazırlıqla bağlı heç bir problemlə qarşılaşmayıb: "Artıq prezident seçkilərinə hazırlıqla bağlı işlərin demək olar ki, 96 faizi yekunlaşıb. 125 seçki dairəsinin hər birində seçkilərin demokratik və şəffaf keçirilməsinə hazırlığı yoxlamaq üçün çox ciddi monitorinqlər keçirilib. Azərbaycan inkişaf edir və məntəqə və dairələr də inkişaf tələblərinə cavab verməlidir".

MSK sədri bildirib ki, artıq seçici siyahıları tam hazırdır: "Azərbaycanda keçirilən seçkilərdə iştirak etmək seçicilərin konstitusion hüququdur. Azərbaycan seçicilərinin sayı seçicilərin sayı sayı 5 milyondan çoxdur".

M.Pənahov deyib ki, Azərbaycanda seçici siyahısına düşmək üçün 4-5 min müraciət daxil olub: " Bizim ölkədə seçicinin seçkidə iştirakının qarşısını almaq prinsipcə mümkün deyil. Yəni seçici siyahısı ilə bağlı hər hansı ittihamlar həqiqəti əks etdirmir. Seçici siyahısı insanların son altı ay ərzində yerləşməsinə uyğun olaraq nəzərə alınır. Ölkə daxilində tez-tez yerdəyişmələr olur, insanlar bir yerdən digər yerlərə köçürlər. Bu səbəbdən də seçici siyahılarını hazırlayarkən yerli icra strukturları və bələdiyyələrin verdiyi siyahılardan istifadə olunur. Bəzən seçicilər də adlarının seçici siyahısına düşməsinə tənbəllik edirlər. Lakin buna baxmayaraq əgər seçici siyahıya düşməsə, belə seçicilər seçki günü məntəqələrə yaxınlaşıb, əlavə seçici siyahısına düşərək səs verə bilərlər. Çünki səs vermək bütün vətəndaşların konstitusion hüququdur və MSK bu hüququ təmin edir. Bəzi beynəlxalq təşkilatlar bu məsələdə nəsə tapıb seçkilərin şəffaf keçirilməsinə kölgə salmağa çalışırlar".

M.Pənahov vurğulayıb ki, ümumilikdə seçkilərlə bağlı bütün dövlət strukturlarının nümayəndələri tam maaarifləndirilib.

MSK sədri deyib ki, ölkə xaricində olan diplomatik nümayəndəliklərin də seçki məntəqələri yaradılıb: "38 belə məntəqə yaradılıb və onlar da artıq seçkilərə tam hazırdırlar. Biz seçki günü kənarda olan Azərbaycan vətəndaşlarının da səs hüququnu tanıyacağıq və onların səs vermələrinə şərait yaradacağıq. Xaricdə olan istənilən Azərbaycan vətəndaşı həmin ölkədə yaradılan seçki məntəqəsinə gedərək səs verə bilər".

Bundan başqa M.Pənahov bildirib ki, əlil seçicilərin səsverməsi üçün 1113 seçki məntəqəsində panduslar quraşdırılıb.

sia.az

Digər xəbərlər