Dünən Qusar rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təşviqat kampaniyasına start verilib. Lövhələrə şəkilasma aksiyası uğurla həyata keçirilib. Qeyd edək ki, təbliğat-təşviqat qrupları qabaqcadan tərtib olunmuş qrafik üzrə seçicilərlə görüş keçirəcək, əhali ilə birbaşa ünsiyyətdə olacaq, hakim partiyanın gələcək yüksək amal və ideyaları insanlara çatdırılacaqdır.
Əhaliyə Yeni Azərbaycan Partiyasının ali məramının Azərbaycan xalqına xidmət etməkdən ibarət olduğu, regionlarda, eləcə də Qusarda bundan sonra da həyata keçiriləcək uğurlu planların məqsədi aşılanacaqdır. Azərbaycanın gələcək inkişafı yalnız cənab İlham Əliyev siyasətindən və Onun həyata keçirdiyi iqtisadi-siyasi proqramlardan asılıdır. Rayon gənclərinin isə fəal iştirakı təbliğat-təşviqat kampaniyasına xüsusi çalar qatacaq, təbliğatı daha dinamik edəcəkdir.
Bu görüşlərdə rayonun ağsaqqalları, partiya veteranları, Milli Məclisin deputatları və rayon partiya təşkilatında təbliğat qrupları iştirak edəcəklər. Görüşlər müxtəlif formalarda, ən yüksək şəkildə həyata keçiriləcəkdir.
Seçicilərlə keçiriləcək çoxsaylı görüşlərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun seçki proqramından, Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən və ölkəmizin gələcək inkişaf konsepsiyasından çıxışlar ediləcəkdir. Bildiriləcək ki, Azərbaycan dövlətinin bu gün supergüclərdən birinə çevrilməsinin əsas səbəbi məhz dövlət başçısı İlham Əliyevin əvəzolunmaz siyasətidir, Onun reallaşdırdığı iqtisadi layihələrdir. İnsanların yaddaşında xəyal kimi dolanan ideyalar məhz Prezident İlham Əliyevin sayəsində öz reallığını tapdı.
Samir