Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Nəsimi rayonu üzrə Seçki Qərargahı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına start verib.
Nəsimi rayonu üzrə 3 seçki dairəsi və dairələr üzrə 78 seçki məntəqəsi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının gənclər birliyinin fəallarından təşkil olunmuş qruplar rayonun məntəqəlrin sayına uyğun olaraq 78 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə prezidentliyinə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış İlham Əliyevin Cənablarının şəkli əks olunmuş plakatları vurulmuşdur. Hər dairəyə YAP Nəsimi rayon təşkilatından 10 nəfər fəal gənc ayrılmışdır. Gənclərin ümumilikdə say tərkibi isə 30 nəfər olub. İlk olaraq bu kampaniya rayon ərazisində uğurla başa çatmışdır. Qeyd edək ki, sentyabrın 17-dən başlayaraq rayon seçiciləri ilə mütəmadi görüşlər keçiriləcək.
NƏZAKƏT