PDF Oxu

Siyasət

  • 8

Yeni Azərbaycan Partiyası - yeni qələbələrə və təməlli zəfərlərə doğru!

Yeni Azərbaycan Partiyası - yeni qələbələrə və təməlli zəfərlərə doğru!

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov: "Qrafikə uyğun olaraq təbliğat kampaniyası 17 sentyabrdan 7 oktyabradək 3 mərhələdə aparılacaqdır"

Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları səfərbər olunub. Bölgə və şəhərlərdə seminar -müşavirələr keçirilib, seçkilərə hazırlıq işləri ətrafında müvafiq müzakirələr, tövsiyələr dinlənilib.

Sentyabrın 13-də Oğuz rayon təşkilarında növbəti seminar-müşavirə keçirilib.

Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov 9 oktyabr prezident seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən, qarşıda duran vəzifələrdən ətraflı məlumat verib. Seçkilərin şəffaf, ədalətli və azad şəraitdə keçirilməsi üçün partiyanın rayon təşkilatı tərəfindən bütün lazımi tədbirlər görülür. Sentyabr ayının 16-dan təbliğat və təşviqat işlərinə başlanacaqdır. Bununla əlaqədar biz yerlərdə təbliğatla bağlı qrafik hazırlamışıq. Qrafikə uyğun olaraq təbliğat kampaniyası 17 sentyabrdan 7 oktyabradək 3 mərhələdə aparılacaqdır. Bunun üçün lazımi təşviqat materiallarını əldə etmişik. YAP Oğuz rayon təşkilatının üzvləri indiyə kimi keçirilən bütün seçkilərdə olduğu kimi 9 oktyabr prezident seçkilərində də yüksək fəallıq nümayiş etdirəcək. Təşkilatda yaradılmış seçki qərargahının fəaliyyət proqramı hazırlanmış və üzvlər arasında iş bölgüsü aparılmışdır. Ərazi ilk partiya təşkilatları ilə əlaqə möhkəmlənmiş, hər seçicinin seçki məntəqəsinə gələrək, öz iradəsini sərbəst şəkildə ifadə etməsini təmin etmək üçün bütün zəruri tədbirlər müəyyənləşdirilmişdir."

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev: "Böyük təşkilati və insani potensial imkan verir ki, YAP seçki kampaniyasına mütəşəkkil hazırlaşmaqla, bu seçimi yüksək səviyyədə həyata keçirəcəkdir"

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar ərazi ilk partiya təşkilatları sədrlərinin ümumi yığıncağı keçirilib. Tədbirdə şəhər partiya təşkilatının idarə heyəti və şura üzvləri, partiya fəalları iştirak ediblər. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev vurğulayıb ki, partiya tərəfindən namizədliyi irəli sürülən Cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasının başlanması ilə əlaqədar olaraq qarşıda duran vəzifələrdən biri də seçkilərin azad, demokratik və şəffaf şəraitdə mütəşəkkil keçirilməsidir: "Hazırda YAP Gəncə şəhər təşkilatında 248 ərazi ilk partiya təşkilatı birləşir. 30 mindən çox partiya üzvünün əksəriyyəti gənclərdən ibarətdir. Bu isə qürurverici bir haldır. Müasir Azərbaycanın nüfuzunu, qüdrətini artıran əsas amillərdən biri ölkəmizin demokratikliyi, indiyədək keçirilən seçkilərdə şəffaflığın təmin olunmasıdır. Əvvəlcədən seçkilərə hazırlığı yüksək səviyyədə quran Yeni Azərbaycan Partiyası həmişə bu möhtəşəm siyasi kampaniyada qələbə qazanıb və 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası prezidentliyinə seçkilərdə də qalib gələcəyinə əmindir. Böyük təşkilati və insani potensial imkan verir ki, YAP seçki kampaniyasına mütəşəkkil hazırlaşmaqla, bu seçimi yüksək səviyyədə həyata keçirəcəkdir."

Tədbirdə YAP Gəncə şəhər təşkilatı sədrinin müavinləri- AMEA-nın müxbir üzvü Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə çıxış etmişlər. Çıxışlarda Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq müddəaları, seçkilərin prosedur qaydaları, seçicilərin hüquqlarının qorunması, seçki məntəqələri ərazisində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi haqqında geniş məlumat verilmiş və müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova: "Öz fəaliyyəti ilə daim ön sıralarda olan YAP Zərdab rayon təşkilatı və onun bütün fəal üzvləri bu seçkilərin mahiyyətini dərindən dərk edir"

"Bu il keçiriləcək prezident seçkiləri Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacaq və xalqımız bu dəfə də düzgün seçim edərək, ölkəmizin iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, regionda və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində böyük nailiyyətlərə imza atmış Cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir". Bu fikirlər prezident seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının seçki qərargahının növbəti yığıncağında səsləndirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova qeyd edib ki, qarşıdan gələn seçkilərə hazırlıq yüksək səviyyədə davam etdirilir. Seçkilərə hazırlıq prosesi müasir normativ-hüquqi aktlara Azərbaycan Respublikasının bu sahədəki mövcud qanunvericiliyinə, Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirilir: "Seçkilərə hazırlıq prosesi YAP Zərdab rayon təşkilatının qabaqcadan hazırladığı fəaliyyət planına uyğun şəkildə aparılır. Öz fəaliyyəti ilə daim ön sıralarda olan YAP Zərdab rayon təşkilatı və onun bütün fəal üzvləri bu seçkilərin mahiyyətini dərindən dərk edir, seçkilərə hazırlıq prosesini ləyaqətlə və yüksək fəallıqla başa vurmaq əzmindədirlər."

Rəfiqə KAMALQIZI,

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər