Prezidentliyə namizəd Cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı təşviqat işlərinə start verdi
Dünəndən başlayaraq, 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Cənab İlham Əliyevin təşviqat işlərinə uğurlu start verilib. Bununla bağlı ölkənin bütün şəhər və rayonlarında Cənab İlham Əliyevin portretləri müvafiq löhvələrdə birinci olaraq yapışdırılmışdır. Qeyd edək ki, bu uğurlu kampaniya respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də reallaşdırılmışdır. Belə ki, prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı dünən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start verilib.Gəncədə fəaliyyət göstərən bütün seçki məntəqələrində xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin portretləri birinci sırada yapışdırılıb. Eyni zamanda, Gəncə şəhəri üzrə Mərkəzi Seçki Qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq, seçicilərlə ilk görüş 17 sentyabr 2013-cü il saat 17:00-da Yeni Gəncə yaşayış massivindəki "Novruz" meydanında keçirilməsi qərarı şəhər sakinlərinə elan edilib.
Rövşən RƏSULOV